Azərbaycan Prezidenti ilə bağlı paylaşımlar “Twitter”də trend oldu - FOTO

Azərbaycan Prezidenti ilə bağlı paylaşımlar “Twitter”də trend oldu - FOTO

Hazırda oxunan: Azərbaycan Prezidenti ilə bağlı paylaşımlar “Twitter”də trend oldu - FOTO

97905

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada görüşüblər. Bu, beynəlxalq aləmdə, xüsusilə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri olub.

Bizim.Media xəbər verir ki, “Twitter”də “President Ilham Aliyev” və “Prague” sözləri trendə çevrilib.

Xatırladaq ki, oktyabrın 6-da keçirilən görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini və bunun, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını təsdiqləyiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO