"Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Hazırda oxunan: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

97889

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb. 

Bizim.Media xəbər verir ki, bu, "Qarabağ"ın Avropa Liqasının G qrupunun III turunda Yunanıstanda "Olimpiakos" üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub. 

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib. 

Bu mövsüm üzrə xal sayını 3.000-ə, son 5 mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,250 xalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO