Faiq Ağayev Rəhimdən DANIŞDI: \

Faiq Ağayev Rəhimdən DANIŞDI: \"Dəfnində ona pislik edən insanları gördüm\" - VİDEO

Hazırda oxunan: Faiq Ağayev Rəhimdən DANIŞDI: \"Dəfnində ona pislik edən insanları gördüm\" - VİDEO

97885

“Rəhimi dünyasını dəyişməzdən təqribən bir ay əvvəl görmüşdüm. Vəziyyəti ağır idi. Soruşdum ki, müalicə alırsan? Dedi ki, hər şey düzələcək. Hər kəsdən xəstəliyini gizlədirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Xəzər axşamı” axşam şousunda deyib.  

Sənətçi mərhum həmkarının dəfnində ona pislik edən bəzi incəsənət nümayəndələrindən də söz açıb. 

“Dəfnində ona pislik edən insanları gördüm, özlərini ürəyiyanmış kimi aparırdılar. Onlar bəlkə də tamaşaçıları aldada bilərlər, amma Rəhimi yaxından tanıyanlar bilirlər ki, kim kimdir. Rəhim özündən sonra çox böyük nisgil və olduqca zəngin musiqi xəzinəsi saxladı”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO