ATV kanalı “Bizim Media”nı TƏBRİK ETDİ – VİDEO   

ATV kanalı “Bizim Media”nı TƏBRİK ETDİ – VİDEO   

Hazırda oxunan: ATV kanalı “Bizim Media”nı TƏBRİK ETDİ – VİDEO   

97803

Xəbər verdiyimiz kimi, “Bizim Media” portalının 2 yaşı tamam olub.   

Bizim.Media xəbər verir ki, “ATV” kanalında yayımlanan “ATV Səhər” verilişində həmkarlarımız tərəfindən portalımızın ünvanına təbrik səsləndirilib.

Portalımızın klassik jurnalistika ilə yanaşı, yeni trendlərə də geniş yer verdiyinin qeyd olunduğu təbrikdə bildirilib ki, Bizim.Media-da araşdırma yazılar, ciddi analizlər, maraqlı reportajlar, bir çox sahələrə aid məlumatlar tapmaq mümkündür:

“Dünyanın dörd bir yanından xəbərləri, siyasi hadisələri, mədəniyyət aləmindəki yenilikləri oxucuya operativ və qərəzsiz daşıyan multimedia siyasətçilərin, analitiklərin platformasına çevrilib. Qurumda gənc mütəxəssislərin yetişdirilməsi üçün xüsusi laboratoriya da yaradılıb.

Biz də “ATV Səhər” kollektivi adından həmkarlarımızı ürəkdən təbrik edir, onlara gələcəkdə uğurlar arzulayırıq”.

Biz də öz növbəmizdə Bizim.Media olaraq, ATV kanalının rəhbərliyinə, qurumda çalışan həmkarlarımıza diqqətə, təbrikə və ünvanımıza səsləndirilən xoş sözlərə görə təşəkkürümüzü bildiririk.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO