Nənənin əsgərlər üçün BAĞLAMASI: “Üç dilim çörək, biraz pendir və bir neçə konfet” – Şahid DANIŞIR

Nənənin əsgərlər üçün BAĞLAMASI: “Üç dilim çörək, biraz pendir və bir neçə konfet” – Şahid DANIŞIR

Hazırda oxunan: Nənənin əsgərlər üçün BAĞLAMASI: “Üç dilim çörək, biraz pendir və bir neçə konfet” – Şahid DANIŞIR

97802

“Vətən Müharibəsini hər il qürurla, eyni ehtiramla xatırlayacam. Tarixi zəfərə gedən yolun hər addımında xalqın vəhdətini gördüm, uşaqdan böyüyə kimi hamı əlindən gələni böyük sevgi ilə edirdi...” – deyir, Xəyal Aslanov.

Quliyev Xəyal Aslan oğlu 1985-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. Münaqişənin ilk illəri onun uşaqlıq çağlarına təsadüf edib.

Demək olar ki, durmadan müxtəlif dairələrin himayədarlığı ilə silahlanan düşmən Xocavəndin kəndlərinə basqınlar təşkil edib dinc əhalini qətlə yetirir. Xəyalın atası və əmisi həmin dəstələrə qatılaraq vətənin müdafiyəsinə qaxır.
Məhz elə ailənin ilk faciəsi də o illərdə baş verir. Belə ki, Xəyalın əmisi Səxavət Bostan oğlu Quliyev doğulduğu Muğanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olur.

Baş verən bu hadisə Quliyevlər ailəsini silaha, Vətənə daha da böhkəm bağlayır. İllər ötsədə erməni terrorçularının vurduğu ağır zərbələr unudulmur. Xəyal və qardaşı torpaqlarımızın azad edilməsı, şəhidlərinin qisasının alınması üçün hərb peşəsini seçirlər. Qardaşı silahlı qüvvələrin yüksək rütbəli zabiti olur, Xəyal isə ailə vəziyyətinə görə təxris edilir. 

Vətən müharibəsi başlayanda isə...

Xəyal Quliyev: “Müharibənin başlamasını eşidən kimi səfərbərlik xidmətinə gedərək döyüşə qatılmaq istədiyimi bildirdim. Onlar məni yaş məhtudiyyətinə görə qəbul etmədilər. Mən özüm dinc qala bilməyəcəyimdən əmin olduğum üçün yaxın bir neçə dostumla işçi qrupu yaradıb cəbhəyə yardım daşımaq qərarına gəldim. Belə də oldu. Əlimdən gələn qədər ən çətin nöqtələrə ehtiyac olan yardımları apardım”.

O, əsasən cəbhənin Xocavənd və Füzuli istiqamətlərində xidmət göstərməyə başlayır. Dəfələrlə atəş altında qalıb həyati təhlükə yaşamasına baxmayaraq bunu evə bildirmir ki, döyüşdə olan digər qardaşının narahatçılığını yaşayan ailə daha da gərgin qalmasın.

Xəyal həmin günlərdən ən ağırını isə Füzuli rayonun Veysəlli kəndində yaşayır:

“Təcili çatdırmalı olduğumuz ləvazimatlar var idi. Ora gedən yol isə müəyyən mənada təhlükəli sayılırdı. Yəni düşmən artilleriyası yolun qısa bir hissəsini atəş altında saxlayırdı. Biz yükü hərbçilərə təhvil verib geri dönərkən şiddətli atəşə məruz qaldıq.

Hərbdə qazandığım təcrübə oradan sağ çıxmağımıza səbəb oldu. Çox çətin idi, həm də qürurlu günlər oldu... Mən bir daha deyirəm, hər il Vətən müharibəsini böyük ehtiram və sayqı ilə anacam. Çünki həmin günlər mən xalqın vəhdətini gördüm.

Məsələn, Füzulinin Kürmahmudlu kəndində bir mənzərəyə şahid oldum. Yaşlı bir qadın əlində kiçik bağlamalar yolun kənarında durub ağlayaraq cəbhəyə gedən maşınlara onun da bağlamasını aparmaq üçün yalvarırdı. Hər bağlamanın içərisində üç dilim çörək, biraz pendir və bir neçə konfet varıydı.

Mən onda, xalqın Vəhtətin, Cənab Ali Baş Komandanın qətyyətin və dəmir iradəsini görəndə tam əmin oldum ki, bu savaş bizim şərtsiz şəriksiz qələbəmizlə bitəcək”, deyir, Xəyal Quliyev.
Quliyevlər ailəsini Qarabağ münaqişəsində tam səfərbər olmuş hesab etmək olar. İndi onlar kədərli illərin geridə qaldığını, qisasın aldındığını hesab edirlər.

Gələcəkdə isə doğma Xocavənd rayonunda yaşayıb doğma yurdun yenidən qurulmasına, inkişaf etməsinə öz tövhəsini verəcəyini bildirir Xəyal Quliyev. O əminliklə qeyd edir ki, artıq Azərbaycanın günü-gündən artan gücünün qarşısında kimsə dayana bilməyəcək. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO