Ani Lorak Ukraynada “qara siyahı”ya salındı

Ani Lorak Ukraynada “qara siyahı”ya salındı

Hazırda oxunan: Ani Lorak Ukraynada “qara siyahı”ya salındı

97733

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) sanksiyalar siyahısı hazırlayıb.

Bizim.Media “İqtisadi həqiqət” nəşrinə istinadən xəbər verir ki, yeni qara siyahıya Anna Sedokova, Taisiya Povaliy və Ani Lorak, həmçinin bu yaxınlarda ikinci övladını dünyaya gətirən teleaparıcı Regina Todorenko daxil edilib.

Adı çəkilən məşhurların hamısı Ukrayna vətəndaşlarıdır. Bildirilir ki, siyahı sentyabrın 30-da idarə tərəfindən təsdiqlənib. Rəsmi olaraq onların ölkə sanksiyalarına cəlb edilməsinin səbəbləri açıqlanmır.

Qeyd edək ki, Todorenko uzun müddətdir əri Vlad Topalovla Moskvada yaşayır. O, televiziya verilişlərində aparıcılıq edir. Ani Lorak da bu yaxınlarda Rusiyanın paytaxtında görünüb və uzun zamandan sonra “üzə çıxıb”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO