Kərim qalmaqal yaşadığı Rəhim HAQDA: “Bu dəqiqə o, qəbir əzabı ilə əlləşir” - VİDEO

Kərim qalmaqal yaşadığı Rəhim HAQDA: “Bu dəqiqə o, qəbir əzabı ilə əlləşir” - VİDEO

Hazırda oxunan: Kərim qalmaqal yaşadığı Rəhim HAQDA: “Bu dəqiqə o, qəbir əzabı ilə əlləşir” - VİDEO

97693

“Müəyyən işlərim vardı. Sosial şəbəkə hesabımda da Rəhimin vəfatı ilə bağlı paylaşım etmək istəmədim. Ürəyimdən, içimdən gəlmədi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Sənətçi illərlə qalmaqal yaşadığı, ürəktutmasından 43 yaşında dünyasını dəyişən həmkarı Rəhim Rəhimlini bağışladığını və ona halallıq verdiyini açıqlayıb.

“Rəhimin məzarını gedib ziyarət edəcəyəm. Eşidəndə ki, o rəhmətə gedib, haqqımı ona halal elədim. Mənə nə edibsə, ona haqqımı halal edirəm. Qulağı torpağında olsun. Allah günahlarını bağışlasın.
Bu dəqiqə o, qəbir əzabı ilə əlləşir. Son zamanlar Rəhim haqda çoxlu söz-söhbətlər gəzir. Onun barəsində danışmaq istəmirəm. Qoy qulağı torpağında olsun. Amma qəbrini ziyarət edəcəyəm. Gedib onunla söhbət etmək istəyirəm”, - deyə Kərim bildirib.

Qeyd edək ki, Kərim Abbasov iki il əvvəl müsahibələrində mərhum həmkarı Rəhim Rəhimli şeytan və aravuran adlandırmışdı.

“Rəhim bu aləmdə elə fiqurdur ki, bir şeytandır. Deyərdim ki, şeytanın əmisi oğludur. Aygün Kazımova mənə dedi ki, Rəhimlə işin olmasın. Mən də ona söz verdim kİ, işim olmayacaq. Ona görə də barəsində çox söz deyə bilmirəm.
O, Niyamla mənim aramı vurdu. Niyama başqa, mənə isə tamam başqa sözlər çatdırırdı. Əslində hər şeyi də düzüb qoşan özü idi. 4 il idi ki, Niyamla aramda inciklik var idi. O insan bir yapışqandır. Bir gün mənə, bir gün Aygünə, o biri gün Röyaya, digər gün də Niyamdan yapışır”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO