Ancelinanın iddialarına Breddən AÇIQLAMA: “Yalan danışır”  

Ancelinanın iddialarına Breddən AÇIQLAMA: “Yalan danışır”  

Hazırda oxunan: Ancelinanın iddialarına Breddən AÇIQLAMA: “Yalan danışır”  

97664

Ancelina Colinin Bred Pittdən boşanmasına səbəb olan təyyarənin göyərtəsində baş verən qalmaqalın yeni təfərrüatları ortalığa çıxıb.

Bizim.Media xəbər verir ki, əgər Coli əvvəllər Pittin yalnız onun əlindən tutduğunu deyirdisə, indi Ancelina Bredin də uşaqlara güc tətbiq etdiyini iddia edib.

Pitt, əlbəttə ki, hər şeyi inkar edir. Aktyorun keçmiş həyat yoldaşının ittihamlarına ilk ictimai cavabı “CNN” telekanalında yayımlanıb.
Bredin adından boşanma prosesi ilə bağlı bütün şərhlər onun nümayəndələri tərəfindən verilir:

“Colinin hekayəsi hər dəfə yeni əsassız iddialarla davam edir. Bred etdiklərinə görə məsuliyyəti öz üzərinə götürüb, lakin etmədikləri üçün cavabdeh olmayacaq. Yeni iddialar tamamilə həqiqətə uyğun deyil. O, yalan danışır”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO