Məşhur stilist və vizajist Anar Ağakişiyev yenidən aparıcılığa başlayacaq.
Bizim.Media xəbər verir ki, bu haqda Anar qonaq olduğu “Səhərin səsi” verilişində deyib.
“Dəyişim videolarına “stop” vermişəm. Kanalların birindən çox gözəl təklif almışam.
Azərbaycanın ən bahalı realiti-şousu olacaq. Proqramın aparıcılığını isə mən edəcəyəm. Şou ilə bağlı detalları açıqlamağa isə icazə yoxdur”, - deyə Anar bildirib.
Qeyd edək ki, A.Ağakişiyev ötən il Xəzər TV-də “Dəyişən cavab” verilişinin aparıcısı olub. Sözügedən layihədə Anar qonaq olan məşhurları vizaj edərək, həyatlarında gizli saxladıqlarını aşkara çıxarıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:03 / 05.10.2022
Anar Ağakişiyev realiti-şou aparıcısı olacaq – VİDEO
Hazırda oxunan: Anar Ağakişiyev realiti-şou aparıcısı olacaq – VİDEO
Hazırda oxunan: Anar Ağakişiyev realiti-şou aparıcısı olacaq – VİDEO
97576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.