“Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” – Politoloq vacib detalları AÇIQLADI

“Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” – Politoloq vacib detalları AÇIQLADI

Hazırda oxunan: “Azərbaycan Ermənistandan artıq heç nə gözləmir” – Politoloq vacib detalları AÇIQLADI

97567

Xəbər verdiyimiz kimi, Azərbaycan 12-13 sentyabr tarixlərində Ermənistanın törətdiyi son təxribatlar zamanı saxlanılan 17 erməni hərbçini qarşı tərəfə təhvil verib. Bunu Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. 

Azərbaycan tərəfinin atdığı bu addım onun humanistliyindən, insani dəyərləri yüksək qiymətləndirməsindən, məsələni sülh yolu ilə çözmək niyyətindən irəli gəlir. 

44 günlük müharibədən sonra Azərbaycan bir neçə dəfə bu istiqamətdə addımlar atıb. Cari ilin sentyabrın 8-də Bakı heç bir vasitəçi olmadan 5 erməni hərbçisini Ermənistana təhvil verib. 2021-ci ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilib. Digər vaxtlarda da erməni diversantların qaytarılmasında Rusiya vasitəçi qismində çıxış edib.  

Görünən odur ki, Bakı bu istiqamətdə konkret addımlar atır. Ermənistan isə bu günə qədər itkin düşən şəxslərlə bağlı hər hansı bir məlumat verməkdən hələ də yayınır. 

Bu xoşməramlı humanitar addımla rəsmi Bakı növbəti dəfə dünyaya Ermənistandan fərqli olaraq Azərbaycanın regionda, bölgədə barış tərəfdarı olduğunu göstərməklə yanaşı, İrəvana qarşılıq olaraq analoji addım atmaq üçün pas ötürdü və sülh mesajına İrəvandan cavab gözləntilərinin olduğu mesajını verdi.

Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirir ki, pas Ermənistan tərəfinə atılsa da, onların bu istiqamətdə hər hansı bir addım atacağını gözləmir:
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ Azərbaycanın mövqeyini dəstəkləyəcək” – Politoloqdan PROQNOZ


“Hazırda Ermənistanda eyforiya hökm sürür. Onlar hesab edir ki, Azərbaycan onlara borcludur. Azərbaycan özü də etdiyi bu jestin qarşılığında qarşı tərəfdən heç nə gözləmir. Bu günə qədər Azərbaycan bir neçə dəfə erməni hərbiçilərini qarşı tərəfə təhvil verib. Amma heç bir halda İrəvan onun qarşılığını verməyib. Ermənistan üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirmir, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə hələ də tam olaraq əməl etmir. Belə olan halda, Ermənistanın da Azərbaycanın humanist jestinə adekvat cavab verəcəyini gözləmirəm. Bakı bu fonda İrəvandan artıq ümumiyyətlə heç nə də gözləmir”. 

Ekspert qeyd edir ki, Azərbaycan qarşı tərəfdən gözlədiyi sadəcə sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və 5 bənddə göstərilənlərin icrasıdır:

“Bunları etsələr, bu Azərbaycan üçün yetərlidir. Lakin Ermənistan bu istiqamətdə də real addım atmır. Ermənilər yüksək səviyyədə humanist prinsiplərinə sahib deyillər ki, Azərbaycanın etdiyi əməl qarşılığında onlar da yaxşı bir iş görsünlər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO