Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqla bağlı şəxsi “Twitter“ hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, XİN sözçüsü Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlının itkin düşdüyünü, onların çoxunun işgəncəyə məruz qaldığını və öldürüldüyünü qeyd edib.
“Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb. Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, - Leyla Abdullayeva qeyd edib.
Bizim.Media
Another mass grave discovered in #Edilli village of #Khojavand??; the remains of 12 people, identified as servicemen.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) October 4, 2022
❗️To the attention of those who speak on war crimes: since 1st Karabakh war 4000 Azerbaijanis went missing, many of them tortured, killed & buried in mass graves. pic.twitter.com/tYDbJRUfeC