Azad edilən “Azov” komandirləri Türkiyədə ailələri ilə görüşdülər - FOTO/VİDEO

Azad edilən “Azov” komandirləri Türkiyədə ailələri ilə görüşdülər - FOTO/VİDEO

Hazırda oxunan: Azad edilən “Azov” komandirləri Türkiyədə ailələri ilə görüşdülər - FOTO/VİDEO

97379

Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Türkiyəyə səfəri çərçivəsində “Azov” polkunun Rusiya əsirliyindən azad olunan komandirləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Zelenskaya öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak sözügedən komandirlərlə ailələrinin görüşünü təşkil edib.

Görüşdə Yelena Zelenskaya da iştirak edib və ölkə Prezidenti Volodimir Zelenskinin salamlarını “Azov” döyüşçülərinə çatdırıb.

Xatırladaq ki, sentyabrın 21-i Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib. Bu zaman Ukrayna 200 ukraynalı döyüşçünü, elə də Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən 10 əcnəbini əsirlikdən geri qaytarıb.
“Azov” polkunun əsirlikdən azad edilən 5 komandiri müharibə bitənə qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsi altında saxlanılacaq.

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO