Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxsə cəza verildi

Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxsə cəza verildi

Hazırda oxunan: Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxsə cəza verildi

97354

Türkiyə vətəndaşına qarşı soyğunçuluq etməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Osman Vəliyevin (ad və soyad şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. 

Hökmə görə, O.Vəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, təqsirləndirilən şəxs bu ilin aprelin 22-də, saat 16.40-da Türkiyə Respublikası vətəndaşı Çalışkana yaxınlaşıb və xırda pulunun olub-olmamasını soruşub.

Türkiyə vətəndaşı isə üzərində olan 100 manatı çıxararaq xırda pulunun olmamasını bildirib. Bu zaman təqsirləndirilən şəxs onun əlində olan 100 manatı alaraq qaçıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO