Birdəfəlik ödəmə verilən I Qarabağ müharibəsi əlillərinin SAYI 

Birdəfəlik ödəmə verilən I Qarabağ müharibəsi əlillərinin SAYI 

Hazırda oxunan: Birdəfəlik ödəmə verilən I Qarabağ müharibəsi əlillərinin SAYI 

97282

"Birdəfəlik ödənişlərin verilməsinə 2018-ci ildən başlanılıb. İlham Əliyev Prezident seçiləndən sonra ilk imzaladığı sənədlərdən biri bu idi”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.

O bildirib ki, bu ödənişlər qısa müddətdə uğurla həyata keçirilib:

“Bundan sonra Prezidentin humanistliyinin nəticəsi olaraq, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat edənlərin vərəsələrinə də bu ödənişlər edilməyə başlayıb.

O dövrə qədər “İcbari sığorta” haqqında qanun olmadığına görə, həmin şəxslər icbari sığortalarını ala bilməmişdilər. Bu ödənişlərin verilməsinə 2022-ci ilin avqust ayının 2-də Nazirlər Kabineti ödənişlərin qaydalarını təsdiq etdikdən sonra başlanılıb. Bu günə qədər 15 200-ə yaxın şəxsə bu ödənişlər ödənilib. Həmin şəxslər heç bir sənəd toplamadan onlara praktik ödənişlər həyata keçirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO