Şahmat komandalarımız Avropa Kubokuna qələbə ilə başlayıb 

Şahmat komandalarımız Avropa Kubokuna qələbə ilə başlayıb 

Hazırda oxunan: Şahmat komandalarımız Avropa Kubokuna qələbə ilə başlayıb 

97216

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində start götürən Avropa Şahmat Klub Kubokuna qələbə ilə başlayıb. 

Bizim.Media xəbər verir ki, ilk turda rəqib müvafiq olaraq, İngiltərənin "Şarks" və Fransanın "Filidor" kollektivləri olub. 

“Vüqar Həşimov” komandası rəqibini 5,5:0,5, "Odlar Yurdu" isə 2,5:1,5 hesabı ilə məğlub edib. 

Avropa Şahmat Klub Kuboku 

I tur 

Kişilər 

"Şarks" (İngiltərə) - "Vüqar Həşimov" (Azərbaycan) - 0,5:5,5 

Peter Robertson - Rauf Məmmədov - 0:1 

Racat Makkar - Vüqar Əsədli - 0:1 

Ceyms Morebi - Əhməd Əhmədzadə - 0,5:0,5 

Adam Bremner - Ülvi Sadıqov - 0:1 

Hyu Mörfi - Xəzər Babazadə - 0:1 

Liam Varnam - Anar Allahverdiyev - 0:1 

Qadınlar 

"Odlar Yurdu" (Azərbaycan) - "Filidor" (Fransa) - 2,5:1,5 

Günay Məmmədzadə - Altan Uzi Enxtuul - 0,5:0,5 

Ülviyyə Fətəliyeva - Annar-Mari Klek - 1:0 

Gülnar Məmmədova - Mariya Navrotesku - 0:1 

Xanım Balacayeva - Appolina Tomas - 1:0 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO