Metroda bu məhdudiyyət aradan qaldırıldı

Metroda bu məhdudiyyət aradan qaldırıldı

Hazırda oxunan: Metroda bu məhdudiyyət aradan qaldırıldı

97143

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyətlər qoyulmuşdu. 

Bizim.Media "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb.

Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər.

Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları saat 24:00-a qədər sərnişinlərin girişinə açıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO