Suqovuşanla bağlı maraqlı paylaşım: Real döyüş kadrları - VİDEO

Suqovuşanla bağlı maraqlı paylaşım: Real döyüş kadrları - VİDEO

Hazırda oxunan: Suqovuşanla bağlı maraqlı paylaşım: Real döyüş kadrları - VİDEO

97104

“AzərEnerji” ASC rəsmi sosial şəbəkə səhifələri Suqovuşanın işğaldan azad edilməsinin 2-ci il dönümü günü maraqlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, görüntülərdə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdən real kadrlar, dağıdılmış və istismar edilmiş su elektrik stansiyasının müharibədən sonra tamamilə yenidən qurulması, Ali Baş Komandanın Suqovuşanla bağlı çıxışları ardıcıllıqla əks olunub.

Qeyd edək ki, ötən il oktyabrın 3-də, Suqovuşanın işğaldan azad edilməsinin birinci ildönümündə, Prezident İlham Əliyevin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO