Müharibədə həqiqət öz torpağını müdafiə etdiyi üçün Ukraynanın tərəfindədir.
Bizim.Media “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu sözləri Kalmıkiya Ali Laması Telo Tulku Rinpoçe (Erdni Ombadıkov) deyib.
Mənbə yazır ki, bu, müharibəni pisləyən Rusiya üçün ənənəvi konfessiya liderinin belə səviyyəli ilk ictimai çıxışıdır.
"Hesab edirəm ki, müharibə lazım deyil. Üstəlik, biz 21-ci əsrdə yaşayırıq. Hamı dinc, sakit yaşamaq, hər bir ölkə inkişaf etmək istəyir... Hesab edirəm ki, Ukrayna öz ölkəsini, torpağını, öz həqiqətini, öz Konstitusiyasını, xalqını müdafiə edir. Rusiyanın haqlı olduğunu söyləmək və qəbul etmək çox çətindir”, - deyə o, qeyd edib.
Ali Lama vurğulayıb ki, o, indiyədək Ukraynadakı müharibə ilə bağlı heç bir açıqlama verməyib, çünki hökumətlə buddistlər arasındakı münasibətləri korlamaq istəməyib.
Eyni zamanda, o, hesab edir ki, Rusiyada hərbi təcavüzü dəstəkləyən buddist icmalarının rəhbərləri çətin ki, səmimi şəkildə belə düşünsünlər.
Bazar günü Telo Tulku Rinpoçe şərh üçün əlçatan olmayıb. İndi o, Monqolustandadır. Burada müharibə başlayandan sonra Rusiyadan mühacirət etmiş Kalmıkiya sakinləri ilə görüşlər keçirir, həmçinin onlara yaşayış yerlərinin təşkilində köməklik göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:18 / 02.10.2022
Kalmıkiyanın Ali Laması müharibəni tənqid etdi: “Ukrayna öz torpağını müdafiə edir”
Hazırda oxunan: Kalmıkiyanın Ali Laması müharibəni tənqid etdi: “Ukrayna öz torpağını müdafiə edir”
Hazırda oxunan: Kalmıkiyanın Ali Laması müharibəni tənqid etdi: “Ukrayna öz torpağını müdafiə edir”
96985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.