ANAMA: Xocavənddə minada xəsarət alan şəxsin vəziyyəti stabildir

ANAMA: Xocavənddə minada xəsarət alan şəxsin vəziyyəti stabildir

Hazırda oxunan: ANAMA: Xocavənddə minada xəsarət alan şəxsin vəziyyəti stabildir

96954

Oktyabrın 2-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan Xocavənddə mina partlayışı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO