Donald Tramp Florida ştatında ofis açıb. Məqsəd ABŞ-ın eks-prezidentinin fəaliyyəti ilə məşğul olmaqdır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi Respublikaçıların qərargahına istinad edərək yayıb.
MÖVZU İLƏ BAĞLI:
Trampın impiçmenti ilə bağlı qətnamə Senata təqdim edildi
Mənbə bildirir ki, eks-prezidentin ofisi keçmiş dövlət başçısının adına daxil olan yazışmaların çeşidlənməsi funksiyasını öz üzərinə götürəcək və onun ictimai çıxışlarının təşkili, həmçinin ərizələrin yazılması ilə məşğul olacaq.
Sənəddə həmçinin qeyd olunur ki, Palm-Biç (Florida ştatı) dairəsinin mənzil-qərargahı olan təşkilat "Birləşmiş Ştatların maraqlarına uyğun olaraq, təbliğat və ictimai fəallığın köməyi ilə Tramp administrasiyasının gündəliyi haqda açıqlama vermək niyyətindədir".
“The Street Journal” qəzeti və bir sıra digər nəşrlər Trampın son günlərdə yeni bir siyasi partiyanın yaradılması ehtimalı ilə əlaqədar müxtəlif insanlarla danışdığını iddia edib.
Yanvarın 24-də keçmiş Amerika liderinin seçkiqabağı qərargahının müşaviri Ceyson Miller CNN telekanalına bildirib ki, Tramp yeni partiya yaratmaq niyyətindən imtina edib:
“O, 2022-ci ildə respublikaçıları Senata və Nümayəndələr Palatasına (ABŞ Konqresi) qaytarmaq" istəyir”.
Bizim.Media