Qazaxıstanda xalça Yuma şirkətinin kuryeri döyülüb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb.
Belə ki, xalçaları təslim etmək üçün gələn kuryer ev sahibi xanımın qəfil boğulmasından sonra ona Heymlix Manevri (boğazında yad cisim qalan insana qarnından tutaraq silkələməklə olunan ilk yardım) ilə yardım etməyə çalışıb.
Bu mənzərəni yalnış anlayan qadının əri kuryeri döyməyə başlayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media