ABŞ-da güclü qasırğa – 45 nəfər ÖLDÜ 

ABŞ-da güclü qasırğa – 45 nəfər ÖLDÜ 

Hazırda oxunan: ABŞ-da güclü qasırğa – 45 nəfər ÖLDÜ 

96910

ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə CNN televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Li rayonunda 16 nəfər, Şarlotta rayonunda 12 nəfər, Kollier rayonunda 8 nəfər ölüb. Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Florida qubernatoru Ron Desantis bildirib ki, qasırğa ştata tarixi ziyan vurub və onun tam bərpası üçün illər lazım olacaq. Ştatda 1,2 milyondan çox istehlakçı işıqsız qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO