Putin: “Mədəniyyətimiz onlar üçün təhlükədir” - VİDEO

Putin: “Mədəniyyətimiz onlar üçün təhlükədir” - VİDEO

Hazırda oxunan: Putin: “Mədəniyyətimiz onlar üçün təhlükədir” - VİDEO

96713

Xəbər verdiyimiz kimi, Kremldə “DXR”, “LXR” və Zaporojye və Xerson vilayətlərinin Rusiya ordusunun nəzarətində olan hissələrinin Rusiyaya “daxil olması” mərasimi keçirilir. Vladimir Putin canlı yayımda çıxış edir.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı Rusiya mətbuatı yayıb.

Kremlin sahibinin sözlərinə görə,  Qərb istəyir ki, ölkələrinin suverenliyini ABŞ-a təslim etsinlər:

“Onlara Rusiya lazım deyil. Onlar bizim üçün azadlıq istəmirlər, bizi müstəmləkə kimi görmək istəyirlər, bərabərhüquqlu əməkdaşlıq deyil, soyğunçuluq istəyirlər, bizi azad cəmiyyət kimi deyil, ruhsuz qullar izdihamı kimi görmək istəyirlər. Onlar üçün birbaşa təhlükə bizim düşüncəmiz və fəlsəfəmizdir.

Mədəniyyətimiz onlar üçün təhlükədir, ona görə də yasaqlamağa çalışırlar, bizim inkişafımız, firavanlığımız da onlar üçün təhlükədir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO