“Sevdiyi qız hələ də məni ziyarət edir” – Şəhid Rəcəb Quliyevin HƏYAT YOLU

“Sevdiyi qız hələ də məni ziyarət edir” – Şəhid Rəcəb Quliyevin HƏYAT YOLU

Hazırda oxunan: “Sevdiyi qız hələ də məni ziyarət edir” – Şəhid Rəcəb Quliyevin HƏYAT YOLU

96694

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını layiqincə yerinə yetirərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Rəcəb Quliyevdir. O, 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub.

Anası Yaqut Quliyeva Bizim.Media-ya oğlu ilə bağlı xatirələrini bölüşüb. O, deyib ki,  Rəcəb həddindən artıq qayğıkeş övlad olub:

“Mehriban, hər kəsi düşünən idi. Sosial şəbəkələrdə qarşısına çıxan xərçəng xəstələrinə maddi yardım göndərirdi. Hərbi xidmətini başa vurmuşdu. Müharibə başlayanda, dayanmadı.

“Orada qardaşlarım var, onları tək qoya bilmərəm” dedi. Hər gün danışırdıq, “torpaqları alaq qayıdacağam” deyirdi. Ölümündən bir neçə gün əvvəl “şəhid olsam, pis olma ana” dedim. Ağzından vurdum ki, “belə danışma”. “Hər şey qismətdir” dedi”. 

Azərbaycan Ordusunun çavuşu olan Rəcəb Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəcəb Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.
Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ananın sözlərinə görə Rəcəbin sevdiyi qız və ailəsi indi də ona baş çəkir və mənəvi dəstək dururlar:

“Şamaxı rayonundan sevdiyi qız var idi. Elçi gedib razılığını da almışdıq. Müharibədən sonra nişanlayacaqdıq. Qismət olmadı. Qız ailə qurmayıb, tez-tez məni ziyarətə gəlir”. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO