Elza: \

Elza: \"Rəhimin vəfatı sənət camiəsinə ağır itkidir\" - ÖZƏL - VİDEO

Hazırda oxunan: Elza: \"Rəhimin vəfatı sənət camiəsinə ağır itkidir\" - ÖZƏL - VİDEO

96653

"İstedadlı, əvəzolunmaz gəncimiz idi Rəhim. Onun xəstəliyindən xəbərim yox idi. Rəhimin ölüm xəbəri məni çox sarsıtdı. Birdən-birə özüm də təəccüb içində qaldım". 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində ürəktutmasından dünyasını dəyişən müğənni Rəhim Rəhimli ilə vidalaşmağa gələn Əməkdar artist Elza Seyidcahan deyib. 

Sənətçi bildirib ki, xarici ölkəyə gedəndə Rəhim onunla xalasına atasının dəfni üçün pul göndərib:

"Hətta bir dəfə Hollandiyaya konsertə gedəndə o mənə demişdi ki, pul verəcəyəm sənə, atam rəhmətə gedib, orada Ofeliya xalam var, ona verərsən, onun başdaşını düzəltdirsin. Yəni, çox yaxşı oğlan idi, atasının qəbirdaşı üçün buradan ora pul göndərmişdi. Rəhimin yeri görünəcək. Peşəkar musiqiçi idi. Musiqidən, sənətdən xəbəri var idi.
Sənəti duyan biri idi. Ona görə mənə ağır gəlir ki, sənətdən getdi. Düzdür, insan bir gün gəlir, bir gün gedir, amma Rəhimin belə tez dünyasını dəyişməsi sənət camiəsinə ağır itkidir. Allah Rəhimə rəhmət elesin".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO