STOP! Arıqlamaq üçün satılan dərman və çayların tərkibində zəhərli maddələr AŞKARLANDI

STOP! Arıqlamaq üçün satılan dərman və çayların tərkibində zəhərli maddələr AŞKARLANDI

Hazırda oxunan: STOP! Arıqlamaq üçün satılan dərman və çayların tərkibində zəhərli maddələr AŞKARLANDI

96613

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ötən həftə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi Mərkəzə məktub əsasında təqdim edilən “Fatzorb”, “Lipotrim”, “Seksualnaya fiqura” və “Jira blokator” adlı məhsulların ekspertizasını aparıb. Ekspertiza zamanı “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”nın təsdiq edilməsi barədə qanuna əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edilib.

Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.
Həkim-dietoloq Gülşən Rzayeva Bizim.Media-ya açıqlamasında xaricdən gətirilən və əhaliyə satılan arıqlama dərmanları və çaylarının fəsadları haqqında uzun zamandır ki, danışdıqlarını bildirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Dərmanla arıqlamağın fəsadları - Ekspertdən HƏYƏCAN TƏBİLİ   


“Yaxşı haldır ki, məsələ Səhiyyə Nazirliyinin də diqqətini cəlb edib. Artıq rəsmi şəkildə təsdiqləndi ki, arıqlamaq üçün istifadə edilən dərmanların tərkibində zəhərli maddələr mövcuddur. Söhbət sibutramindən gedir.

Sibutramin dərmanların tərkibində olan bir maddədir. Və bir sıra ölkələrdə piylənmələrin müalicəsində istifadə edilir.

Bəzi ölkələrdə isə maddənin əks-təsir şiddətlərinə görə onun istifadəsi qadağan olunub. Qadağan olunmuş maddə olduğuna görə çox vaxt istehsalçılar çayların və dərmanların tərkibində bu maddənin olduğunu yazmırlar. Bu maddənin çox pis əks təsirləri olur. Qan təzyiqinin artması,iştahsızlıq, qusma, ağızda quruma və yuxusuzluq kimi hallar məhz bu maddənin təsirindən yaranır”.

Gülşən Rzayeva onu da əlavə etdi ki, biz çox demişik:

“Amma çox təəssüf ki, bəzi insanlar yenə də arıqlamaq üçün müxtəlif çaylardan istifadə edirlər. Halbuki, bu çaylardan çox istifadə etmək orqanizmi zəhərləyir. Bəzən dəb kimi bu çaylardan istifadə etmək andeksiyalara da gətirib çıxara bilir. Nəticədə insanlar kütləvi olaraq özlərinə zərər vermiş olurlar. Yaxşı olardı ki, insanlar arıqlamaq üçün özbaşına çaylardan və dərmanlardan istifadə etməsinlər. Bu çox zaman geri dönüşü olmayan vəsadlar yaradır”.

Azərbaycan İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin son addımını alqışladığını bildirdi: 

“Son vaxtlar ölkəmizə arqılamaq üçün müxtəlif çaylar və dərmanlar gətirilir. Çox təəssüf ki, bu çayların və dərmanların çoxusu zəhərli-kimyəvi tərkibə malikdir. Məsələn, bizim təşkilata “Herbalife aloe” şirkətindən tez-tez şikayətlər daxil olur.
Bu yaxınlarda isə Tibet çayları barədə şikayət gəlib. Şikayətçi vətəndaş deyir ki, bu çaydan istifadə etməklə öz sağlamlığını itirib. Araşdırmalar zamanı öyrəndik ki, Tibet çayları AQTA-dan qeydiyyatdan keçməyib.Çox təəssüf ki, “arıqladıcı çay”lar həm pərakəndə, həm də apteklərdə satılır. Halbuki, bu çaylardan həkim icazəsi olmadan istifadə çox qorxuludur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO