Rusiya dövlət başçısı Vladimir Putin səfərbərlik zamanı buraxılan səhvlərin düzəldilməsini və səlahiyyətlilərin elan etdiyi əsas olmadan hərbi xidmətə çağırılanların vətənə qaytarılmasını tələb edib.
Bizim.Media xəbər verir ki, Putin bu barədə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.
O, bildirib ki, hərbidən yayınma hüququ olan vətəndaşlar, çoxuşaqlı atalar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və ya artıq çağırış yaşını keçmiş vətəndaşlar dərhal geri qaytarılmalıdır.
Prezident qeyd edib ki, səfərbərliyə cəlb edilənlər təkcə çağırış işinin təşkilindən deyil, həm də təchizatın keyfiyyətindən, yaşayış şəraitindən şikayətlənirlər. Odur ki, president bu məsələ ilə məşğul olmaq üçün Baş Prokurorluğa göstəriş verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:42 / 29.09.2022
Putin səfərbərliklə bağlı buraxılan səhvlərin düzəldilməsini TƏLƏB ETDİ - VİDEO
Hazırda oxunan: Putin səfərbərliklə bağlı buraxılan səhvlərin düzəldilməsini TƏLƏB ETDİ - VİDEO
Hazırda oxunan: Putin səfərbərliklə bağlı buraxılan səhvlərin düzəldilməsini TƏLƏB ETDİ - VİDEO
96571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.