Azərbaycan derbisi üçün biletlər satışa çıxarılır

Azərbaycan derbisi üçün biletlər satışa çıxarılır

Hazırda oxunan: Azərbaycan derbisi üçün biletlər satışa çıxarılır

96555

Misli Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq. 

Bizim.Media Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər sabah yalnız onlayn (iticket.az) satılacaq.

Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq. 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VİP biletlər isə 20 manat təşkil edir. 
Qeyd edək ki, oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO