İntihar edən qadından xəbər var - Eyvanda telefonla danışandan sonra...

İntihar edən qadından xəbər var - Eyvanda telefonla danışandan sonra...

Hazırda oxunan: İntihar edən qadından xəbər var - Eyvanda telefonla danışandan sonra...

9649

Ötən gün Nərimanov rayonunda özünü hündürmərtəbəli binadan atan gənc qadınla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. 

Bu barədə Bizim.Media-ya sözügedən komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. 

Qurum rəsmisinin sözlərinə görə, hadisə ilə bağlı istintaq hərəkətlərinə başlandığından intiharın səbəbi açıqlanmır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qadın özünü hündürmərtəbəli binadan atıb - VİDEO 18+


Xatırladaq ki, ötən gün Nərimanov rayonu, Heydər Əliyev küçəsində intihar hadisəsi yaşanıb.

Belə ki, 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atıb. Qadın hadisə yerində həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. 

Gənc qadının intihar etməsi anbaan görüntülənib. Videodan da belə məlum olur ki, qadın eyvanda telefonla danışandan bir neçə saniyə sonra özünü binadan atır. 

Alçina Amilqızı, Bizim,Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO