Dövlət orqanlarında bu vəzifələrin tutulması ilə bağlı müsahibə ELAN EDİLDİ 

Dövlət orqanlarında bu vəzifələrin tutulması ilə bağlı müsahibə ELAN EDİLDİ 

Hazırda oxunan: Dövlət orqanlarında bu vəzifələrin tutulması ilə bağlı müsahibə ELAN EDİLDİ 

96474

Sentyabrın 29-da 12 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, elana çıxarılan vəzifələrin 21-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 12-si B növünə (inzibati icraçı) aiddir.
İnzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyi, Aparat rəhbərinin müavini-şöbə müdiri daxili müsahibəyə çıxarılan ən yüksək vəzifə vəzifədir.

Ümumilikdə isə Gənclər və İdman Nazirliyində 8, Mədəniyyət Nazirliyində 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 5, Maliyyə Nazirliyində 3, Kənd Təsərrüfatı Nazirliyində 3, Dövlət Turizm Agentliyində 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 2, Audiovizual Şurada 1, Elm və Təhsil Nazirliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 və Səhiyyə Nazirliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir.

Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıda qeyd olunan kateqoriyalara aid şəxslər iştirak hüququna malikdir:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər oktyabrın 18-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO