"Azərbaycan Avropanın enerji təchizatı üçün daha real imkanlar təklif edir" - Peter Siyarto

Hazırda oxunan: "Azərbaycan Avropanın enerji təchizatı üçün daha real imkanlar təklif edir" - Peter Siyarto

96467

Azərbaycan Avropanın daha etibarlı şərtlərdə enerji təchizatının təmin olunması üçün daha real imkanlar təklif edir.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz "Facebook" səhifəsində yazıb.

"Yaxın illərdə Azərbaycandan qaz nəqli iki dəfə artacaq, ona görə də vacibdir ki, Avropa İttifaqı Azərbaycan qazının Mərkəzi Avropaya nəqlinə imkan verəcək infrastruktur investisiyalarını dəstəkləsin", - deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycandan "yaşıl" elektrik enerjisinin gələcəkdə Avropaya nəqli, zəruri marşrutun isə Gürcüstan, Rumıniya və Macarıstandan keçəcəyi barədə razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO