Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.
İlkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanıb.
12.14***
Buzovna qəsəbəsində açıq ərazidə yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Bildirilir ki, ilkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media
![Buzovnadakı yanğın SÖNDÜRÜLÜB – YENİLƏNİB Buzovnadakı yanğın SÖNDÜRÜLÜB – YENİLƏNİB](https://bizim.media/file/articles/2022/09/28/1664352993_1-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:07 / 28.09.2022
Buzovnadakı yanğın SÖNDÜRÜLÜB – YENİLƏNİB
Hazırda oxunan: Buzovnadakı yanğın SÖNDÜRÜLÜB – YENİLƏNİB
Hazırda oxunan: Buzovnadakı yanğın SÖNDÜRÜLÜB – YENİLƏNİB
96225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.