Yanvarın 23-də Nigeriya sahillərində “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Səfir dəniz quldurlarının hücum etdiyi gəmidə olub - FOTO
Nazirin sözlərinə görə, F. İsmayılovun nəşi helikopterlə Qabonun paytaxtı Librevil şəhərinə gətirilib, cənazə işləri islam adət-ənənələrinə uyğun aparılıb.
XİN başçısı deyib ki, cənazə sabah Librevildən Türk Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, Türkiyə üzərindən isə Azərbaycana çatdırılacaq.
Bizim.Media