Anım Günündə Ağdamda şəhidlərin xatirəsi anıldı - FOTO

Anım Günündə Ağdamda şəhidlərin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Anım Günündə Ağdamda şəhidlərin xatirəsi anıldı - FOTO

96094

İşğaldan azad olunan Ağdam rayonunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub. Şəhidlər Xiyabanına yürüş təşkil olunub, həmçinin şəhidlərin xatirəsi üçün Ağdam ərazisində həmişə yaşıl ağac tingləri əkilib.

Bizim.Media xəbər verir ki, Ağdam rayonunda Anım Günü tədbirində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, hərbçilər, hüquq mühafizə əməkdaşları, din xadimləri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri, həmçinin Ağdam könüllüləri olan bir qrup gənc iştirak edib. 

Öncə Ağdam şəhər mərkəzindən şəhidlər xiyabanına yürüş təşkil edilib. Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları, şəhidlərin məzarlarını ziyarət edib üzərinə gül dəstələri düzüblər. 
Həmçinin şəhidlərin xatirəsi əks olunan lövhə önünə gül çələngi qoyulub. Çıxış edənlər 44 günlük Vətən müharibəsi zamanı əldə olunan parlaq qələbədən söhbət açıb. 

Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirərək, torpaqlarımızı işğaldan azad etdi.

Darmadağın olan düşmən tərəfi  Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə məğlub vəziyyətdə geri qaytarmalı oldu.

Daha sonra azad olunan Qarabağ İqtisadi rayonunda aparılan tikinti quraşdırma işlərindən söhbət açılıb. Bildirilib ki, 30 ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən darmadağın edilən yurd yerlərimizə artıq həyat qayıdıb. Qısa müddətdə bu yerlər bağ-bağatlı el-obaya çevriləcək və doğma sakinlərinə qucaq açacaq. 

Vurğulanıb ki, bu günlər məhz şəhidlərimizin qanı bahasına gerçəkləşib və 30 illik Vətən həsrətinə son qoyulub və belə qəhrəman oğulların xatirəsi daim xalqımız tərəfindən əziz tutulacaq.
Daha sonra Ağdam məscidində şəhidlərin xatirəsi sükutla anılıb, ruhlarına dualar oxunub. Daha sonra Ağdam Sənaye Parkı ərazisində şəhidlərin xatirəsi üçün həmişə yaşıl ağaclar əkilib. Gün ərzində davam edən aksiya zamanı əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO