KİV: Kabildə italiyalı diplomatların maşınını partlatdılar

KİV: Kabildə italiyalı diplomatların maşınını partlatdılar

Hazırda oxunan: KİV: Kabildə italiyalı diplomatların maşınını partlatdılar

9602

Əfqanıstanın paytaxtı Kabil şəhərində İtaliya səfirliyinin zirehli avtomobilinin partladılması zamanı bir nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə barədə məlumatı əfqan güc strukturlarındakı mənbə Tolo telekanalına verib.

Söhbət səfirliyin əməkdaşlarını daşıyan avtomobildən gedir.

Telekanalın həmsöhbətinin məlumatına görə, terror aktı yerli vaxtla saat 07:30-da əldəqayırma partlayıcı qurğu vasitəsilə həyata keçirilib.

Zərərçəkən yeganə şəxs yüngül xəsarət alıb. Partlayış Əfqanıstanın İqtisadiyyat Nazirliyinin bir sıra avtomobilinə də ziyan vurub.

Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Telekanal bildirib ki, son 100 gün ərzində Əfqanıstanın paytaxtında 177 belə hadisə qeydə alınıb. İnsidentlərin qurbanı 177 nəfər olub, 360 yerli sakin müxtəlif dərəcəli xəsarət alıb.

Yanvarın 17-də Kabildə atışma nəticəsində iki qadın hakim öldürülüb. NEWS.ru yazır ki, onlara atəş motosikletlərdə olan şəxslər tərəfindən açılıb.

Bundan bir qədər əvvəl paytaxt və Baqlandakı partlayışlar üç polisin həyatına son qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO