Rasim Balayevi alnından öpən Elzadan BARIŞIQ JESTİ - FOTO 

Rasim Balayevi alnından öpən Elzadan BARIŞIQ JESTİ - FOTO 

Hazırda oxunan: Rasim Balayevi alnından öpən Elzadan BARIŞIQ JESTİ - FOTO 

95917

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini başına qaxınc edən Xalq artisti Rasim Balayevlə verilişlərin birində üz-üzə gəlib.

Bizim.Media xəbər verir ki, müğənni əlində kitabla aktyora yaxınlaşaraq onu alnından öpüb. Daha sonra həmin fotoları sosial şəbəkə hesabında paylaşıb.

Elzanın bu addımı R.Balayevin üzünü güldürüb. Beləcə iki küsülü incəsənət nümayəndəsi barışıb.  

Qeyd edək ki, Rasim Balayev müsahibələrin birində "Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? Desin ki, bu şeirlər efirlik deyil. Onda mən də çıxım efirə, ağzıma gələni danışım. Olmaz, bu, efirdir" söyləyib.  
Elza isə cavab olaraq "Rasim Balayevin tənqidi mənim üçün tərifdir" deyib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO