Paytaxtda 3-cü mərtəbədən yıxılan yeniyetmə belə xilas olundu – ANBAAN VİDEO 

Paytaxtda 3-cü mərtəbədən yıxılan yeniyetmə belə xilas olundu – ANBAAN VİDEO 

Hazırda oxunan: Paytaxtda 3-cü mərtəbədən yıxılan yeniyetmə belə xilas olundu – ANBAAN VİDEO 

95748

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2009-cu il təvəllüdlü vətəndaş ehtiyatsızlıqdan beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb, 1-ci mərtəbənin eyvanının artırma hissəsinin beton örtüyünün üzərinə düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı aşağı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO