Van Dammın gəlini FALÇIYA GEDİR? 

Van Dammın gəlini FALÇIYA GEDİR? 

Hazırda oxunan: Van Dammın gəlini FALÇIYA GEDİR? 

95747

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristoferin pianoçu həyat yoldaşı Suada Hacızadə paylaşımı ilə müzakirə obyektinə çevrilib.  

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında izləyiciləri ilə “sual-cavab” edən musiqiçi falçılardan söz açıb.

İzləyicisinin “Falçıya getmisiniz?” sualına Suadanın cavabı belə olub:  

“Mənə falçı heç zaman lazım olmayıb və lazım da deyil. Öz enerji gücümlə, fikirlərim ilə gələcəyimin necə olacağını özüm qururam. Yuxularım ilə də bilirəm… Və kiminsə həyatımda nə olacağı barəsində hekayə kimi danışıb, qorxudub, pul qopartması həqiqətən lazım deyil və ümumiyyətlə qara magiyadan uzaq durun”.  

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.

Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO