Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın “Independent” nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib.
Bizim.Media-nın xəbərinə görə, H. Hacıyev “Twitter” hesabında bildirib ki, Sarkisyan mülki şəxslərin ölüdürülməsində iştirak edib.
"O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. O, indi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”, - deyə H. Hacıyev vurğulayıb.
Bizim.Media