“Erkən nikah valideyni cinayətkar edir!” - Dövlət Komitəsindən AKSİYA - FOTO 

“Erkən nikah valideyni cinayətkar edir!” - Dövlət Komitəsindən AKSİYA - FOTO 

Hazırda oxunan: “Erkən nikah valideyni cinayətkar edir!” - Dövlət Komitəsindən AKSİYA - FOTO 

95626

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə aksiyası keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Komitənin məlumatında bildirilib.

Məlumata görə, Komitə tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib.

Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda nümayiş etdiriləcək.

Komitə təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO