Qızlar arasında həndbol üzrə 2023-cü il Avropa çempionatı Bakıda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərar Lüksemburqda Avropa Həndbol Federasiyasının (EHF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Qitə çempionatı 2005-ci il təvəllüdlü qızlar arasında təşkil ediləcək.
Lüksemburqda həmçinin EHF-in XVI Konfransı və XV Konqresi keçirilir. Tədbirlərdə ölkəni Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.
Üç gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:20 / 24.09.2022
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək - FOTO
Hazırda oxunan: Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək - FOTO
Hazırda oxunan: Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək - FOTO
95622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.