Gürcü keşişlər azərbaycanlılara hücum etdilər - VİDEO

Gürcü keşişlər azərbaycanlılara hücum etdilər - VİDEO

Hazırda oxunan: Gürcü keşişlər azərbaycanlılara hücum etdilər - VİDEO

9561

Gürcüstanda azərbaycanıların sıx məskunlaşdığı rayonda insident yaşanıb.

Bizim.Media xəbər verir ki, Gürcüstanın Marneuli rayonunun İkinci Kosalı kəndində torpaq mübahisəsi baş verib.

Belə ki, gürcü keşişlər soydaşlarımızın əkib, becərdiyi torpaqlara iddia qaldırıblar.

Gürcü din xadimləri azərbaycanlılara məxsus torpaqlara gələrək, "bura gürcülərindir, Gürcüstanda sizə aid ərazi yoxdur. Sizin torpaqlarınız Azərbaycandadır, gedin orada nə istəyirsiniz edin", - deyiblər.

Keşişlərin başında duran isə Arsen Ata adlı birisidir.

Orada yaşayan soydaşlarımız da problem barədə danışaraq traktorla işlədikləri vaxt gürcü keşişlərin gəlib, onlara Azərbaycana getməyi təklif etdiyini dilə gətirib.

Digər soydaşımız isə qan tökülsə belə, heç bir hədə-qorxuya məhəl qoymadan həmin torpaqlardan istifadə edəcəklərini vurğulayıb. Ümumən, İkinci Kosalı kəndinin sakinləri geriyə bir addım da atmayacaqlarını bildiriblər.

Məsələyə münasibət bildirən gürcü QHT rəhbəri Tamta Mikeladze Tbilisi hökumətinin dərhal məsələyə münasibət bildirməli olduğunu deyib.

Qeyd edib ki, yerli əhali torpaqla təmin olunmalı və Marneulidə yaşayan millətlər arasında münaqişəyə yol verilməməlidir.

Xatırladaq ki, yanvarın 12-də Çoxaturinin Buknari kənd bələdiyyəsinin yanında da müsəlman və xristian icması arasında mübahisə və dava-dalaş yaşanıb.

Səbəb müsəlmanların azad ibadət üçün məscid tələbi, pravoslavların isə buna etirazıdır. Bunu həmin rayon üzrə müsəlman icmasının rəhbəri Firuz Çulukidze deyib.

Yeri gəlmişkən Gürcüstan QHT rəhbəri Tamta Mikeladzenin sözlərinə görə, İslam məbədinin tikintisi ilə bağlı görüşdən sonra həmin regionda insidentlər dayanıb.

Marneuli məsələsinə qayıdaraq qeyd etməliyik ki, rayon 1929-cu ilədək Sarvan adlanıb. 1947-ci ildə Borçalı adlandırılan rayon 1952-ci ildən Marneulidir.

1964-cü ildə şəhər statusu alan Marneuli əhalisinin əksəriyyəti azərbaycanlılardır. Belə ki, hələ 1989-cu il statistikasına görə, burada yaşayan 27 min 118 nəfərin 18 min 498-i soydaşlarımız olub. İndi əhalisinin 90 % - ə qədəri azərbaycanlılar olan rayonun sayına görə ikinci sıx yaşayanları gürcülərdir. Digər ardıcıllıq belədir:

Erməni, rus və urumlar.

Yaranmış insidentlə bağlı, hökumət nümayəndələri və keşişlərin başçısı Arsen ata ilə əlaqə saxlamışıq.

Araşdırmamız davam edir, bizi izləyin. 

Anar Rəhimov, Bizim.Media

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO