Bakıda Avropa Dilləri Günü qeyd olunacaq

Bakıda Avropa Dilləri Günü qeyd olunacaq

Hazırda oxunan: Bakıda Avropa Dilləri Günü qeyd olunacaq

95566

Sentyabrın 26-da Bakıda Avropa Dilləri Gününə həsr olunmuş tədbirlər keçiriləcək.

Bizim.Media xəbər verir ki, Avropanın müxtəlif dillərində şeir və hekayələrin oxunuşları və onların Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulub.

Tədbir Avropa və Azərbaycan mədəniyyətini yaxınlaşdırmaq məqsədi ilə 2020-ci ilin fevral ayında yaradılmış Avropa İttifaqı Ölkələrinin Mədəniyyət İnstitutları İttifaqı (EUNIC)-Azərbaycan klasteri tərəfindən təşkil olunur. 
Bakıdakı Azərbaycan Dillər Universitetində Bakı Avropa Dilləri və Mədəniyyəti Mərkəzlərinin tələbələrinin iştirakı ilə kütləvi oxunuşlar keçiriləcək. Tədbir saat 15:00-da başlayır. 

Elə həmin gün Latviya və Çexiya səfirliklərinin Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi ilə birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Bakıda ədəbiyyat gecəsi” adlı tədbir keçiriləcək. Tədbir saat 20:00-da “Orange Grove”da başlayacaq.
Qeyd edək ki, hər il sentyabrın 26-sı Avropa Dilləri Günü qeyd olunur. Bu tədbirin əsas məqsədi həm məktəblərdə, həm də onlardan kənarda müxtəlif Avropa dillərinin öyrənilməsini və inkişafını təşviq etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO