“Ümid edirik ki, Ermənistanın təxribatları yeni bir müharibəyə çevrilməz” - Kalın 

“Ümid edirik ki, Ermənistanın təxribatları yeni bir müharibəyə çevrilməz” - Kalın 

Hazırda oxunan: “Ümid edirik ki, Ermənistanın təxribatları yeni bir müharibəyə çevrilməz” - Kalın 

95511

Ümid edirik ki, Ermənistanın təxribatları yeni bir müharibəyə çevirilməz.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “NTV“ kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, indiki vəziyyətə nəzər yetirdikdə məlum olur ki, hər iki tərəfin məsələlərin yenidən danışıqlar yolu ilə həll edilməsi üçün iradəsi var.
 

MÖVZU İLƏ BAĞLI:

İbrahim Kalın: "Türkiyə Ukraynanın yanındadır"


“Təməl problem budur ki, 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalandı, amma sülh sazişi yox. İndi bu müzakirələr davam edir. Bu, təbii ki, hərtərəfli bir sazişdir. Artıq iki dövlətin normallaşmaya gedəcək prosesdəki addımları, sərhədləri, sərhədlərin təhlükəsizliyi, dəhlizi, Azərbaycan ərazisində qalan ermənilərin vəziyyətini müəyyən edəcək bir sənəd olacaq. Bu sazişin imzalanması Qafqazda sülh və sabitliyin bərqərar olmasında kritik rol oynayacaq”, - deyə o bildirib.

Kalın əlavə edib ki, burada hər hansı ünsürün yanlış istifadəsi yaxın illərdə yenidən müharibəyə yol aça bilər. Eyni zamanda, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları məsələsi də öz həllini tapmalıdır və imzalanacaq saziş bu məsələni də əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO