Altıağac Milli parkındakı yanğınla bağlı SON MƏLUMAT - VİDEO - YENİLƏNİB

Altıağac Milli parkındakı yanğınla bağlı SON MƏLUMAT - VİDEO - YENİLƏNİB

Hazırda oxunan: Altıağac Milli parkındakı yanğınla bağlı SON MƏLUMAT - VİDEO - YENİLƏNİB

95443

Məlumat verildiyi kimi, Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.  

Bildirilir ki, yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub. 

Əlavə məlumat veriləcək.

***16.11

Sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.  

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə işlərini çətinləşdirsə də hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 
Əlavə məlumat veriləcək.

16.02

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsində başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib. 

Nazirlik rəsmisi bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO