Conni Depp vəkilinə aşiq oldu

Conni Depp vəkilinə aşiq oldu

Hazırda oxunan: Conni Depp vəkilinə aşiq oldu

95395

Dünya şöhrətli aktyor Conni Deppin keçən il İngiltərədə “The Sun” nəşrinə qarşı məhkəmədə onu müdafiə edən vəkili Coel Riçlə eşq yaşadığı üzə çıxıb.  

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, Coel müştəriləri arasında Şahzadə Harri və Meqan Marklın da olduğu “Schillings” adlı beynəlxalq hüquq firmasının ortağıdır.

Nəşrin məlumatına görə, Riç Deppi dəstəkləməyə və Virciniya ştatında Ember Herd əleyhinə keçirilən son məhkəmə prosesinə gəlib. Jurnalistlərin çəkdiyi fotolarda onların bir-birinə yaxın getmələri, hətta bir kadrda aktyorun əlini Riçin kürəyinə qoyub, onun qarşısından keçməsinə icazə verməsi diqqət çəkib.  
Eyni zamanda, o, bu prosesdə Deppin komandasının bir hissəsi deyildi. Məhkəmə zamanı onlar da eyni oteldə qalıblar.  

Qeyd edək ki, bu ilin may ayında Conni Deppin onu məişət zorakılığında günahlandıran keçmiş həyat yoldaşı Ember Herdə qarşı uzun sürən məhkəmə prosesi başa çatıb.

Öz növbəsində Depp aktrisanı böhtan atmaqda ittiham edib və bu da karyerasını məhv edib. Məhkəmə aktyorun haqlı olduğunu tanıyıb və Emberi pul təzminatı ödəməyə məcbur edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO