Birləşmiş Ərəb Əmirlikləri İsrailin paytaxtı Təl-Əvivdə səfirlik açacaq

Birləşmiş Ərəb Əmirlikləri İsrailin paytaxtı Təl-Əvivdə səfirlik açacaq

Hazırda oxunan: Birləşmiş Ərəb Əmirlikləri İsrailin paytaxtı Təl-Əvivdə səfirlik açacaq

9538

Bizim.Media Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi WAM-a istinadən məlumat verir ki, Əbu-Dabi hökuməti İsrailin paytaxtı Təl-Əvivdə yeni səfirliyin açılmasına qərar verib.

Lakin tikinti prosesi və səfirliyin nə vaxt fəaliyyətə başlayacağı barədə heç bir məlumat paylaşılmayıb.

Birləşmiş ərəb Əmirlikləri höküməti Əbu-Dabidəki Milli Sarayda, vitse-prezident və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun başçılığında toplanıb.

Hökumətin İsrailin Təl-Əvivdəki səfirliyin tikintisi haqqında qərar verdiyi bildirilsə də, inşaat prosesi və səfirliyin nə vaxt fəaliyyətə başlayacağı barədə heç bir detal paylaşılmayıb.

Xatırladaq ki, İsrail və BƏƏ arasında "münasibətlərin normallaşması" barədə müqavilə 15 sentyabrda Ağ Evdə təşkil edilən rəsmi mərasimdə imzalanmışdı.

Əbu-Dabi ilə Təl-Əviv arasındakı normallaşmadan sonra BƏƏ-nin İsrail səfirliyini Qüdsdə və ya Təl-Əvivdə açacağı əsas müzakirə mövzusu idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO