Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan DOST İş Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.
Bu vəzifəyə ARB TV-nin aparıcısı Rüfət Seyidov təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
Aparıcıya bu nazirlikdə VƏZİFƏ VERİLDİ
Yeni təyinatla bağlı Bizim.Media-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, sözügedən son təyinata qədər DOST İş Mərkəzində PR üzrə xüsusi bölmə olmayıb:
“Ona görə də şöbə müdiri vəzifəsində Rüfət Seyidov bu vəzifəyə ilk təyin olunan əməkdaşımızdır”.
Bizim.Media