Boks üzrə Azərbaycan komandalarının Avropa birinciliyi üçün HEYƏTİ AÇIQLANDI 

Boks üzrə Azərbaycan komandalarının Avropa birinciliyi üçün HEYƏTİ AÇIQLANDI 

Hazırda oxunan: Boks üzrə Azərbaycan komandalarının Avropa birinciliyi üçün HEYƏTİ AÇIQLANDI 

95371

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandalarının sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində start götürəcək Avropa birinciliyi üçün heyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, 8 gün davam edəcək yarışda 12 idmançı mübarizə aparacaq. 

Oğlanlardan ibarət kollektiv birincilikdə baş məşqçi Vaqif Kazımov və məşqçi Ağası Məmmədovun rəhbərliyi altında 7 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Montesilvanoda Faiq Mollayev (46 kq), Bilalhabasi Nəzərov (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənova (66 kq) şans verəcək. 

Qızlardan ibarət milli komanda isə yarışa baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında qatılacaq. Qitə birinciliyində Azərbaycanın idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) qoruyacaqlar. 

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında Anar Babanlı da yer alacaq. 

Səfərə yollanan boksçular oktyabrın 7-də Vətənə qayıdacaqlar. Ağası Məmmədov, İbrahim Zeynalov, Emili Rzayeva, Nərmin Əlizadə və Anar Babanlı isə İtaliyaya sentyabrın 25-də gedəcəklər. 
Qeyd edək ki, yarışın püşkü sentyabrın 26-da atılacaq. Final döyüşləri oktyabrın 4-də olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO