Türkiyədən Gürcüstan ordusuna hərbi avadanlıq dəstəyi

Türkiyədən Gürcüstan ordusuna hərbi avadanlıq dəstəyi

Hazırda oxunan: Türkiyədən Gürcüstan ordusuna hərbi avadanlıq dəstəyi

9526

Bizim.Media Türkiyə mətbuatına istinadən məlumat verir ki, Türkiyə Müdafiə Nazirliyi tərəfindən Gürcüstan ordusuna lazer məsafəli ölçmə cihazları və bir sıra mühəndis avadanlıqları hədiyyə edib.

Gürcüstan Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada paytaxt Tbilisidə təşkil edilən təhvil-təslim mərasimində Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargah Strateji Planlaşdırma İdarəsi Mmüdiri polkovnik İoseb Nikoleişvili və Türkiyənin Tbilisidəki Səfirliyinin Hərbi Attaşesi Polkovnik Burak Altıner iştirak etdikləri qeyd olunub.

Daha əvvəl Türkiyə və Gürcüstan hökümətləri arasında imzalanan Hərbi-Maliyyə Əməkdaşlıq Sazişi çərçivəsində gürcü tərəfinə lazer məsafə ölçənləri və mühəndislik avadanlıqlarının təslimi həyata keçirilib.

Yeni alınan texniki avadanlıqlar Gürcüstan Müdafiə Qüvvələrinin döyüş və mühəndis bölmələrinə paylanacaq.

Açıqlamada "Gürcüstan və Türkiyə müxtəlif müdafiə sahələrində uzun illər yaxın və uğurlu əməkdaşlıq aparır" deyilib.

Xatırladaq ki, daha əvvəl 27 Noyabr 2020 tarixində də Türkiyə Müdafiə Nazirliyi tərəfindən 35 BMC Neocity 8,5 metrlik dizel avtobusu, 12 zirehli mühəndis maşını və müxtəlif aparatları Gürcüstan Müdafiə Nazirliyinə hədiyyə edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO